Mahirin komandası rəqibi darmadağın etdi

Mahirin komandası rəqibi darmadağın etdi

Mahirin komandası rəqibi darmadağın etdi

Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya" Polşa çempionatında növbəti oyununa çıxıb.

Polemika.az xəbər verir ki, Varşava təmsilçisi 3-cü turdan təxirə salınmış matçda "Zaqlebie"ni qəbul edib. Görüş "Legiya"nın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

"Legiya" - "Zaqlebie" - 4:0

Qollar: Lopes, 26, 39, Pekhart, 49, Holovina, 53

Son turda Plotsk "Visla"sına məğlubiyyətdən (0:1) sonra azarkeş hücumu nəticəsində başından zədə alan Mahir Emrelinin adı matçın iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 15-ə çatdıran "Legiya" sonuncu pillədən qurtulub. 3 pillə irəliləyən komanda 15-ci yerə yüksəlib. Paytaxt təmsilçisi son 11 görüşün 9-unda uduzub, 2-sində qalib gəlib. 

Mahirin komandası rəqibi darmadağın etdi