Aydoğan Acun Ilıcalının klubunda

Aydoğan Acun Ilıcalının klubunda

Aydoğan Acun Ilıcalının klubunda

İngiltərə Çempionşipində mübarizə aparan "Hall Siti" klubunun səhmlərini alan türkiyəli aparıcı və iş adamı Acun Ilıcalı ilk transferini reallaşdırmaq istəyir.

Polemika.az “Hürriyət”ə istinadən xəbər verir ki, funksioner bu gün "Bursaspor"la yolları ayrılan Emirhan Aydoğanı komandasına dəvət edib. Nəşrdə verilən məlumata görə, 24 yaşlı mərkəz yarımmüdafiəçisinin sözügedən kluba transfer an məsələsidir.

Məvacib və şərtlər haqqında heç bir məlumat yoxdur.

Qeyd edək ki, transferlə bağlı yaxın vaxtlarda rəsmi açıqlama veriləcək.

 

Aydoğan Acun Ilıcalının klubunda