Ermənistan qarışdı: Müxalifət parlamenti boykot etdi

Ermənistan qarışdı: Müxalifət parlamenti boykot etdi

Ermənistan qarışdı: Müxalifət parlamenti boykot etdi

Noyabrın 16-da Ermənistanda iki müxalifət fraksiyası parlamentin iclasını boykot etdiyini açıqlayıb. Onlar hakimiyyətyönlü çoxluğu sərhəddəki vəziyyətin müzakirəsini önləmək cəhdində suçlayıblar.

“Hayastan” (Ermənistan) və “Pativ Unem” (Şərəfim var) fraksiyaları parlamentin iclasında bazar ertəsi Azərbaycanla sərhəddə yaranmış durumun müzakirəsini istəyiblər. Baş nazir Nikol Paşinyan dünən Təhlükəsizlik Şurasının iclasında etiraf elədi ki, Azərbaycan hərbçiləri şərq tərəfdən Ermənistana giriblər.

Azərbaycan isə hərbçilərinin ölkənin suveren ərazilərində xidməti vəzifələrini yerinə yetirdiklərini bildirib. Paşinyan həmçinin noyabrın 15-də Müdafiə naziri Arşak Karapetyanı özünün müavini Suren Papikyanla əvəzləyib.

Parlamentin spikeri Alen Simonyan bazar ertəsi axşam müxalifətin müzakirəylə bağlı xahişini rədd edib. Hayastan fraksiyasının lideri Seyran Ohanyan bugünkü iclasda deyib ki, etiraz əlaməti olaraq iclasa qatılmırlar.

“Pativ Unem” fraksiyasının katibi Hayk Mamicanyanın sözlərinə görə, onun fraksiyası üçün mövcud vəziyyətdən daha vacib müzakirə mövzusu ola bilməz. İki müxalifət partiyası parlamenti təkrar edəndən sonra hökumətyönlü Vətəndaş Müqaviləsi partiyasının fraksiyası 2022-ci ilin büdcə müzakirəsini davam etdiriblər. “Vətəndaş Müqaviləsi” 107 yerlik parlamentdə 71 yerə malikdir və kvorum təmin edərək qanunları müxalifətsiz də qəbul edə bilər.

 

Ermənistan qarışdı: Müxalifət parlamenti boykot etdi