Ermənistanda saxta müharibə veteranları həbs olundu

Ermənistanda saxta müharibə veteranları həbs olundu

Ermənistanda saxta müharibə veteranları həbs olundu

Ermənistanda 44 günlük müharibə iştirakçılarının adından istifadə edən cinayətkar qrup ifşa edilib.

Polemika.az xəbər verir ki, bu barədə "Azadlıq Radiosu"nun erməni xidməti məlumat yayıb.

İstintaq Komitəsinin məlumatına görə, 3 nəfər həbs edilib, ümumilikdə 5 nəfərə qarşı ittiham irəli sürülüb, onlardan ikisi axtarılır.

Keçmiş müqaviləli hərbçi A.A.(adlar şərtidir - red.) və “And içmiş intiharçılar” QHT-nin vitse-prezidenti V.S., 10 noyabr üç tərəfli razılaşmasından sonra təşkilatın prezidenti K.G. ilə ilkin razılıq əldə edərək, ərazi bölmə rəisinin müşayiəti ilə qondarma "Artsax Müdafiə Ordusu"nun (AMO) N saylı hərbi hissələrinin müvəqqəti yerləşdirmə yerlərini ziyarət ediblər.

Özlərini hərbi nəzarət xidmətinin işçiləri kimi təqdim edən QHT üzvləri təşkilata üzv olan, lakin ümumiyyətlə, döyüş əməliyyatlarında iştirak etməyən 30 nəfərin iştirak günləri, habelə qeyd olunan əməliyyatlarda iştirak edən 8 nəfərin sayı barədə yalan məlumatlarla çıxış ediblər.

İstintaq Komitəsindən bildirilib ki, onların əsasında işə qəbul şöbələrinin əməkdaşları arayış verib, adıçəkilən 38 nəfərin adına xüsusi külli miqdarda pul köçürülməsi həyata keçirilib.

Həmin məbləğlər qrup üzvləri tərəfindən nağdlaşdırılaraq oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

Ermənistanda saxta müharibə veteranları həbs olundu