Nazilə Səfərli kimsəsiz qadına himayəçi tapdı

Nazilə Səfərli kimsəsiz qadına himayəçi tapdı

Nazilə Səfərli kimsəsiz qadına himayəçi tapdı

Şairə-teleaparıcı Nazilə Səfərli qarajında qalan kimsəsiz qadına himayəçi tapıb.

Polemika.az xəbər verir ki, ir sosial şəbəkə hesabında bu haqda əvvəllər paylaşım etmiş şairə yeni açıqlama verib.

O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kimsəsiz qadına kömək edəcəyini deyib:

“Mən həmin qadın haqda “Instagram” hesabımda paylaşım etdim. Çünki özü rəsmi olaraq heç yerə müraciət etməmişdi. Paylaşımım əmək və əhalinin sosial müdafiəsi nazirinin diqqətini çəkib. Sağ olsun, məsələyə maraq göstərdii. Nazirlik nümayəndəsi mənimlə əlaqə saxladı. Xanımın yerini öyrəndilər, nümayəndə göndərdilər. Gəlib baxdılar.

Qadının vəziyyəti bərbaddır, təsəvvür edin, əməliyyat olunub, yarası sağalmamış çölə atıblar. Dediyinə görə, bacısı təqaüd kartını əlindən alıb. Deyəsən, psixi problemləri də var, çünki bir sözü bir neçə dəfə təkrarlayır. Bu gün də ondan COVİD testi götürəcəklər və psixoloji durumunu yoxlayacaqlar.

Mən aidiyyatı qurumlara təşəkkür edirəm. Sıravi insanlar ona ayaqqabı, palto verirlər, amma sabahsı gün əynində onları görmürük. Soruşanda deyir ki, gecə əlimdən aldılar. Görünür, evsiz insanlar ondan verilənləri alır. İnşallah, bu gün qadın sığınacağa yerləşdirilər”.

Əsmətxanım
 

Nazilə Səfərli kimsəsiz qadına himayəçi tapdı