Armen Qriqoryan Rusiya səfiri ilə görüşdü

Armen Qriqoryan Rusiya səfiri ilə görüşdü

Armen Qriqoryan Rusiya səfiri ilə görüşdü

Noyabrın 16-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiya Federasiyasının Ermənistandakı səfiri Sergey Kopırkin ilə görüşüb.

Polemika.az “Armenpress”ə istinadla xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə olunub.

"Bu kontekstdə tərəflər Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası prosesinə mümkün qədər tez başlamağın vacibliyini vurğulayıblar. Qeyd edək ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının bu günki bəyanatında qeyd olunub.

Həmsöhbətlər əvvəllər əldə edilmiş razılaşmanın həyata keçirilməsinə, yəni “hamının-hamıya” prinsipi ilə hərbi əsirlərin mübadiləsinə dair üzərlərinə düşən tam öhdəliklərini təsdiq ediblər. Görüşdə kommunikasiyaların blokdan çıxarılması məsələsinə də toxunulub", - deyə məlumatda qeyd olunub.

Armen Qriqoryan Rusiya səfiri ilə görüşdü