"Qarabağ"ın rəqibi doğma meydanda uzdu

"Qarabağ"ın rəqibi doğma meydanda uzdu

"Qarabağ"ın rəqibi doğma meydanda uzdu

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Marsel" Fransa Liqa 1-də 25-ci tur oyununa çıxıb.

Polemika.az xəbər verir ki, komanda "Klermon"u qəbul edib və 0:2 hesabı ilə uduzub.

"Marsel" - "Klermon" - 0:2

Qollar: Bayo, 13, Allevina, 84

Bu nəticədən sonra "Marsel" 46 xalla 2-ci, "Klermon" 27 xalla 15-cidir. Siyahıya 59 xalla PSJ başçılıq edir.

Qeyd edək ki, "Marsel" fevralın 24-ü "Qarabağ"ın qonağı olacaq. Bu komandalar arasında ilk oyun Fransa təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ"ın rəqibi doğma meydanda uzdu