Fars körfəzində iki limanı birləşdirəcək tunel tikiləcək

Fars körfəzində iki limanı birləşdirəcək tunel tikiləcək

Fars körfəzində iki limanı birləşdirəcək tunel tikiləcək

İran və Qətər iki ölkəni birləşdirəcək sualtı tunelin tikintisi ilə bağlı danışıqlar aparır.

Polemika.az "Fars News"a istinadla xəbər verir ki, bu barədə bazar günü İranın Limanlar və Gəmiçilik Təşkilatının icraçı direktoru Məhəmməd Rastad məlumat yayıb.

“Hazırda Qətərlə hava nəqliyyatı, dəniz və liman sektorlarında əməkdaşlıq, eləcə də sualtı tunelin yaradılması ilə bağlı danışıqlar aparırıq”, - deyə o qeyd edib.

Bu gün İran prezidenti İbrahim Rəisi müvafiq müqavilələri imzalamaq üçün Qətərə gedəcək.

 

Fars körfəzində iki limanı birləşdirəcək tunel tikiləcək