Azərbaycanda Olimpiya çempionu koronavirusa yoluxdu - Foto

Azərbaycanda Olimpiya çempionu koronavirusa yoluxdu

Azərbaycanda Olimpiya çempionu koronavirusa yoluxdu - Foto

Azərbaycanın həndbol üzrə olimpiya çempionu Lyudmila Şubina koronavirusa yoluxub.

Polemika.az xəbər evrir ki, bu barədə 73 yaşlı mütəxəssisin özü məlumat yayıb.

Veteran həndbolçu 5 gündür ev şəraitində müalicə olunduğunu və hazırda özünü yaxşı hiss etdiyini bildirib.

Şubina soyuqdəymədən xəstələndiyini söyləyib: "Mən hovuza gedirəm. Yəqin ki, orada soyuqdəyməm olub və bu da hazırkı xəstəliyə gətirib çıxardıb".

Qeyd edək ki, Lyudmila Şubina keçmiş SSRİ yığmasının tərkibində 1976-cı il Monreal Yay Olimpiya Oyunlarının qalibi olub. O, həmçinin dünya çempionatlarında gümüş (1975) və bürünc (1973) medallar qazanıb. Hazırda Şubina "Qaradağ" həndbol klubunun prezidentidir. 

 

 

Azərbaycanda Olimpiya çempionu koronavirusa yoluxdu - Foto