PSJ-nin sabiq futbolçusu: "Messi saxtakardır"

PSJ-nin sabiq futbolçusu: "Messi saxtakardır"

PSJ-nin sabiq futbolçusu: "Messi saxtakardır"

PSJ-nin sabiq futbolçusu Jerom Rothen komandanın hücumçuları Lionel Messi və Neymar haqda sərt fikirlər səsləndirib.

Polemika.az Fransa mətbuatına istinadən xəbər verir ki, o, Paris təmsilçisinin Çempionlar Liqasının 1/8 finalında mübarizəni dayandırmasının səbəbkarının sözügedən oyunçular olduğunu deyib: "Onlar məsuliyyəti öz üzərlərinə götürməlidirlər. Messi və Neymar klubun əsas füqurlarıdır. Leonardo bunun üçün onları aldı. "Real"la iki matçda da təhlükə yaradan tək futbolçu Kilian Mbappe idi. Messinin etdikləri saxtakarlıqdır. Onun üçün bunları söylədiyimə təəssüflənirəm, amma həqiqət budur.

Neymar bütün topları itirdi. PSJ-dəki oyunçuların 50 faizindən daha pisdir".

Qeyd edək ki, PSJ cavab görüşündə "Real"a 1:3 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.

PSJ-nin sabiq futbolçusu: "Messi saxtakardır"