De Byazi iddialara cavab verdi

De Byazi iddialara cavab verdi

De Byazi iddialara cavab verdi

Millimizin baş məşqçisi Canni De Byazi yığmamızdan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Yenisabaha.az xəbər verir ki, adı Yunanıstan millisi ilə hallanan italiyalı mütəxəssis "TMW Radio"na müsahibəsində bu iddiaları təkzib edib:

"Azərbaycan millisindəki işimi davam etdirəcəyəm. Artıq bunu əminliklə deyə bilərəm ki, gələn il də Bakıda olacağam".

O, son vaxtlarda Avropada koronavirusun kəskin artmasına da münasibət bildirib: "Mən oyunçuların təhlükəsizliyinin və müdafiəsinin tərəfdarıyam. İtaliya Avropa arenasında COVİD-19-la mübarizədə ən yaxşısı olduğunu göstərdi. Biz ancaq futboldan əlavə həyat baxımından apreldə hər hansı canlanmaya ümid edə bilərik. Mən maska ilə 12 saatlıq səyahət etdim və siz  onu həqiqətən çıxarmaq istəyirsiniz". (Qol.az)

De Byazi iddialara cavab verdi