Bu gün “divlərin” qarşılaşması olacaq – “Bavarya” “Barselona”ya qarşı

Bu gün “divlərin” qarşılaşması olacaq – “Bavarya” “Barselona”ya qarşı

Bu gün “divlərin” qarşılaşması olacaq – “Bavarya” “Barselona”ya qarşı

Bu gün Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq.

İkinci oyun günündə 4 qrupda 8 matç keçiriləcək. Bununla da həm 1/8 final mərhələsinə, həm də Avropa Liqasının pley-offuna vəsiqə qazanan bütün komandalar müəyyənləşəcək.

Polemika.az xəbər verir ki, gecənin ən prinsipial matçlarından biri E qrupunda olacaq - 1/8 finala vəsiqə qazanan "Bavariya" ikinci yer uğrunda mübarizə aparan "Barselona"nı qəbul edəcək. Qrupun digər oyununda "Benfika" Portuqaliyada heç bir iddiası qalmayan Ukraynanın "Dinamo" (Kiyev) komandasını sınağa çəkəcək. Lissabon təmsilçisi bu görüşdə xal itirərsə, kataloniyalılar öz oyununun nəticəsindən asılı olmayaraq mərhələ adlayacaqlar. Xallar bərabər olacağı halda isə "Benfika" 1/8 finala, "Barselona" isə Avropa Liqasına yollanacaq.

F qrupunda 1/8 finala çıxması dəqiqləşən İngiltərənin "Mançester Yunayted" klubu İsveçrə "Yanq Boyz"u ilə qarşılaşacaq. İspaniya "Vilyarreal"ı isə İtaliyada "Atalanta" ilə münasibətlərinə aydınlıq gətirəcək. Qonaqlar uduzmayacağı təqdirdə növbəti mərhələyə vəsiqə qazanacaq.

G qrupunda İspaniya "Sevilya"sı Avstriyada "Zaltsburq"la, Fransanın "Lill" klubu isə Almaniyada "Volfsburq"la üz-üzə gələcək. 4 komandanın hər birinin növbəti mərhələ şansları qaldığından bütün suallara bu turda aydınlıq gələcək. Almaniya və İspaniya təmsilçiləri yalnız qələbə sayəsində 1/8 finala yüksələ bilərlər. Avstriya və Fransa klublarını isə heç-heçə də qane edəcək.

H qrupunda İtaliya "Yuventus"u İsveçin "Malmö" klubunu, İngiltərə "Çelsi"si isə Rusiya "Zenit"ini sınağa çəkəcək. Burada həm 1/8 finalın, həm də Avropa Liqasının pley-off mərhələsinin iştirakçıları bəlli olduğundan əsas mübarizə qrup liderliyi uğrunda gedəcək.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, 6-cı tur

E qrupu

00:00. "Benfika" (Portuqaliya) - "Dinamo" (Kiyev, Ukrayna)

00:00. "Bavariya" (Almaniya) - "Barselona" (İspaniya)

1

Bavariya

5

5

0

0

19

3

15

2

Barselona

5

2

1

2

2

6

7

3

Benfika

5

1

2

2

5

9

5

4

Dinamo Kiyev

5

0

1

4

1

9

1

F qrupu

00:00. "Mançester Yunayted" (İngiltərə) - "Yanq Boyz" (İsveçrə)

00:00. "Atalanta" (İtaliya) - "Vilyarreal" (İspaniya)

1

Mançester Yunayted

5

3

1

1

10

7

10

2

Villarreal

5

2

1

2

9

7

7

3

Atalanta

5

1

3

1

10

10

6

4

Yanq Boyz

5

1

1

3

6

11

4

G qrupu

00:00. "Zaltsburq" (Avstriya) - "Sevilya" (İspaniya)

00:00. "Volfsburq" (Almaniya) - "Lill" (Fransa)

1

Lille

5

2

2

1

4

3

8

2

Zalsburq

5

2

1

2

7

6

7

3

Sevilla

5

1

3

1

5

4

6

4

Volfsburq

5

1

2

2

4

7

5

H qrupu

00:00. "Yuventus" (İtaliya) - "Malmö" (İsveç)

00:00. "Zenit" (Rusiya) - "Çelsi" (İngiltərə)

1

Çelsi

5

4

0

1

10

1

12

2

Yuventus

5

4

0

1

9

6

12

3

Zenit

5

1

1

3

7

7

4

4

Malmö

5

0

1

4

1

13

1

Qeyd edək ki, bunadək PSJ, "Mançester Siti", "Liverpul", "Mançester Yunayted",  "Çelsi", "Ayaks", "Sportinq", "Real", "Atletiko" , "Bavariya", "İnter", "Yuventus" 1/8 finala adlayıb.

Bu gün “divlərin” qarşılaşması olacaq – “Bavarya” “Barselona”ya qarşı