Məşhur baş məşqçi “Fənərbağça”da

Məşhur baş məşqçi “Fənərbağça”da

Məşhur baş məşqçi “Fənərbağça”da

"Fənərbağça" Yoahim Lövlə sövdələşib.

Polemika.az “NTVspor”a istinadən xəbər verir ki, "sarı-lacivərtlilər"in prezidenti Ali Koç 63 yaşlı mütəxəssislə danışmaq üçün Almaniyaya gedib.

Görüş zamanı razılaşma əldə edib. Löv növbəti mövsümdən komandanın başına keçəcək. Baş məşqçi rəhbərliyə komandanın bütün yaş qruplarına nəzarət edəcəyini bildirib.

Yoahim Löv İstanbul nəhəngindən illik 5 milyon avro qazanacaq.

Qeyd edək ki, almaniyalı mütəxəssis 1998/1999 mövsümündə də "Fənərbağça"nı çalışdırıb.

Mehri QURBAN

Məşhur baş məşqçi “Fənərbağça”da