“Hakim səhvi qələbəyə layiq olanı qələbədən məhrum edir” - Mühüm matç

“Hakim səhvi qələbəyə layiq olanı qələbədən məhrum edir” - Mühüm matç

“Hakim səhvi qələbəyə layiq olanı qələbədən məhrum edir” - Mühüm matç

Ötən gün Konfrans Liqasında qrup mərhələsinə yekun vurulub. Turnirdəki təmsilçimiz “Qarabağ” qrupda son matçını “Bazel”lə keçirib. Oyun meydan sahiblərinin qələbəsilə başa çatıb - 3:0

2-ci dəqiqədə "Qarabağ"ın qolunun qeydə alınmadığının şahidi olduq.

“Qarabağ” dünən qələbəyə layiq idimi?

Ötən gün keçirilən oyunun hakimləri ilə bağlı ciddi etirazlar var. Həqiqətənmi hakimlər “Qarabağ”ın qələbəsinə mane oldular?

Tanınmış idman yazarı Natiq Muxtarlı ötən gün keçirilən oyunu Polemika.az-a şərh edib:

“Qrup birincisi olmaq üçün “Bazel”lə oyunda “Qarabağ”a mütləq qələbə lazım idi. Ona görə də, “köhlən atlar”ın, əsasən hücum edəcəyi gözlənilirdi. Məqsəd erkən qol vurub oyunun axarını dəyişmək idi. “Qarabağ” “erkən qol” vəzifəsinin öhdəsindən gəldi. Amma hakimlərin səhv qərarı öz işini gördü.

Həmin qol qeydə alınsaydı, oyunun axarı tamamilə dəyişəcəkdi. Ondan sonra “Bazel” hücum etməli olacaqdı ki, bu da “Qarabağ”ın işinə yarayacaqdı. Çünki rəqib boşluqlar verəcəkdi. Meydanda boş sahənin olması “Qarabağ”ın əsas üstünlüyüdür. Amma qolun qeydə alınmaması “Qarabağ”a ikiqat zərbə vurdu. Futbolçularda sanki inamsızlıq, ruh düşkünlüyü yarandı. Elə bu inamsızlığın nəticəsində də yaradılan qol imkanlarını reallaşdırmaq mümkün olmadı. Üstəlik, yenə də hücumda oynamağa məcbur olan “Qarabağ” müdafiə xəttində də böyük boşluqlar buraxmağa məcbur oldu. Bu da “Bazel”in işinə yaradı.

“Qarabağ” “Bazel”dən daha yaxşı oynadı, amma hakim səhvi rəqib üçün göydəndüşmə üstünlük oldu. Təəssüf ki, bəzən hakim səhvi qələbəyə layiq olanı qələbədən məhrum edir. O səhv qarşılaşmanın sonrakı axarına təsir edən vacib faktor idi”.

Mehri QURBAN

“Hakim səhvi qələbəyə layiq olanı qələbədən məhrum edir” - Mühüm matç