Azərbaycan - Qətər oyununun hakimləri açıqlandı

Azərbaycan - Qətər oyununun hakimləri açıqlandı

Azərbaycan - Qətər oyununun hakimləri açıqlandı

Azərbaycan və Qətər milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun hakimləri açıqlanıb.

Polemika.az-ın məlumatına görə, qarşılaşma Litva Futbol Federasiyasından olan hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Donatas Rumşa, köməkçiləri Aleksandr Radius və Dovidas Sujiedelis olacaq.

Dördüncü hakim funksiyasını Azərbaycanın FIFA referisi Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Qətər matçı saat 21:00-da başlayacaq.

 

 

Azərbaycan - Qətər oyununun hakimləri açıqlandı