Türkiyənin məşhur klubu Mahiri gözləyir

Türkiyənin məşhur klubu Mahiri gözləyir

Türkiyənin məşhur klubu Mahiri gözləyir

Türkiyənin “Başakşəhər” klubunun futbolçusu Atabey Çiçek karyerasını yenidən “Samsunspor”da davam etdirə bilər.

Polemika.az Apasport-a istinadən xəbər verir ki, hücum xəttini gücləndirməyə qərar verən Samsun təmsilçisi İstanbul klubunun forvardını geri qaytarmaqda iddialıdır.

Keçidin baş tutması isə Azərbaycan millisinin futbolçusu Mahir Emrelidən də asılıdır. “Başakşəhər” Polşa “Legiya”sında çıxış edən hücumçumuzun komandaya keçəcəyini gözləyir.

Emreli İstanbul klubuna keçsə, Çiçek “Samsunspor”a göndəriləcək. Artıq futbolçunun özü ilə də anlaşan samsunlular transferin reallaşmasını gözləyir. Bu üzdən aşağı liqa təmsilçisi də Emrelinin “Legiya” ilə probleminin tez həll olmasında və “Başakşəhər”ə keçməsini istəyir.

Qeyd edək ki, Atabey cari mövsüm Super Liqada 6 matça çıxıb.

Türkiyənin məşhur klubu Mahiri gözləyir