Prokurorluq Goranboy sakininin minaya düşməsi ilə bağlı məlumat yaydı

Prokurorluq Goranboy sakininin minaya düşməsi ilə bağlı məlumat yaydı

Prokurorluq Goranboy sakininin minaya düşməsi ilə bağlı məlumat yaydı

Noyabrın 20-də saat 12 radələrində 1972-ci il təvəllüdlü Şahin Qarayevin Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığındakı ərazidə piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Goranboy Rayon Prokuroluğundan Yensabah.az-a verilən məlumata görə, aparılan araşdırmalarla Şahin Qarayevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

Prokurorluq Goranboy sakininin minaya düşməsi ilə bağlı məlumat yaydı