"Bölgədə Yeni nəqliyyat dəhlizləri açılacaq" - Gömrük İdarəsi rəsmisi

"Bölgədə Yeni nəqliyyat dəhlizləri açılacaq" - Gömrük İdarəsi rəsmisi

"Bölgədə Yeni nəqliyyat dəhlizləri açılacaq" - Gömrük İdarəsi rəsmisi

"Ermənistanla tranzit marşrutunda son vaxtlar yaranan problemlər danışıqlar yolu ilə tezliklə həll olunacaq".

Polemika.az IRNA-ya istinadla xəbər verir ki, bunu İran İslam Respublikası Gömrük İdarəsinin baş direktoru Mehdi Mirəşrəfi bildirib.

"Bizim quru yollardan əlavə, Xəzər dənizində Azərbaycan Respublikası, Rusiya və Türkmənistan marşrutu üzrə hərəkət edən bərə gəmilərimiz var. Lakin Ermənistan marşrutu üzrə bəzi problemlər mövcuddur ki, tezliklə danışıqlar vasitəsilə həll olunacaq", - deyə Mirəşrəfi qeyd edib.

Onun sözlərinə görə, ötən il Avrasiya ilə 3 milyard dollar dəyərində ixrac-idxal əməliyyatı keçirilib:

“Son bir ildə Avrasiyadan 2 milyard dollar idxal və 1 milyard dollar dəyərində mal-əmtəə ixrac etmişik ki, bunda da Rusiya ilə ticarətin əhəmiyyətli payı var".

Gömrük İdarəsinin baş direktoru əlavə edib: "Regional əməkdaşlıq sahəsində İslam Respublikası, Rusiya və Azərbaycan Respublikası üçtərəfli görüş keçirərək İran ə əcnəbi malların xüsusilə qurudan qəbulu artırılacaq, bunun əsasında yeni tranzit-nəqliyyat dəhlizləri açılacaq. Əsas məsələ Astara sərhədində mövcud yükdaşımanı minimuma endirməkdir. Müvafiq müzakirəsində həm Rusiya, həm də Azərbaycan Respublikası gömrük qurumları iştirak edir".

"Bölgədə Yeni nəqliyyat dəhlizləri açılacaq" - Gömrük İdarəsi rəsmisi