Bakıda restorana gedən koronavirus xəstəsi aşkarlandı - Foto

Bakıda restorana gedən koronavirus xəstəsi aşkarlandı - Foto

Bakıda restorana gedən koronavirus xəstəsi aşkarlandı - Foto

Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsi şəhərin mərkəzində yerləşən restoranlardan birində aşkar edilib.

Polemika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, restoranda olan digər şəxslərin həyatını təhlükə altına qoyan paytaxt sakini Kamal Kenqerlinskiy COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub.

Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb. Həmin şəxs restorana daxil olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

K.Kenqerlinskiy barəsində Səbail Rayon Polis İdarəsinin İstinaq Şöbəsində araşdırma aparılır.

Bakıda restorana gedən koronavirus xəstəsi aşkarlandı - Foto