Artur Rasizadədən səhhətinin ağır olması ilə bağlı yayılan xəbərə REAKSİYA

Artur Rasizadədən səhhətinin ağır olması ilə bağlı yayılan xəbərə

Artur Rasizadədən səhhətinin ağır olması ilə bağlı yayılan xəbərə REAKSİYA

Sabiq baş nazir Artur Rasizadə səhhətinin ağır olmasıyla bağlı yayılan xəbərləri təkzib edib.

Polemika.az xəbər verir ki, keçmiş hökumət başçısı sağlıq durumuyla bağlı narahatlığa əsas olmadığını deyib: “Kefim də yaxşıdır, səhhətim də… Hətta lap əlayam!”.

Modern.az-da “Artur Rasizadə HARALARDADI…” adlı yazının bəzi digər xəbər portallarında konteksdən çıxarılıb, sabiq baş nazirin ağır xəstə olaraq xaricə aparılması kimi təqdimatı onun narazılığına səbəb olub.

Sabiq baş nazir Artur Rasizadə bildirib ki, hazırda sağlıq durumu çox yaxşıdı və narahat olmağa heç bir əsas yoxdur:

Artur Rasizadə deyib ki, doğrudan da bu günlərdə xaricdə – Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində olub. Amma artıq Bakıya dönüb və hazırda evində dincəlir. O, Dubaya nəvələrilə bir həftəliyə gedibmiş.

Sabiq baş nazir onu da əlavə edib ki, yaxın günlərdə 8 noyabr Zəfər günü ilə bağlı ürək sözlərini də Modern.az-ın oxucuları ilə bölüşəcək.

86 yaşlı Artur Rasizadə 22 il (1996-2018) Azərbaycanın Baş naziri postunda çalışıb.

Artur Rasizadədən səhhətinin ağır olması ilə bağlı yayılan xəbərə REAKSİYA