“Biz ölərik, amma bayrağımız sancılan Şuşanı əldən vermərik” – Tahir Kərimli

“Biz ölərik, amma bayrağımız sancılan Şuşanı əldən vermərik” – Tahir Kərimli

“Biz ölərik, amma bayrağımız sancılan Şuşanı əldən vermərik” – Tahir Kərimli

"Bəziləri məni qınaya bilər... Bəziləri bayrağımızın  Xankəndinə sancılmasını Şuşadan da üstün tuturlar, Xankəndi mərkəz olduğuna görə... Əlbəttə, mən də arzulayıram ki, Xankəndində də Azərbaycan bayrağı dalğalansın. Amma öncə Şuşada dalğalanmağını daha vacib hesab edirəm”. 

Bu fikri 9 Noyabr Bayraq Günü ilə bağlı Moderator.az-a açıqlamasında milli azadlıq hərəkatının tanınmış simalarından biri, istiqlalçı deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli ifadə edib.  

“Çünki Şuşanın qəlbimizdəki yeri ayrıdır, Şuşa yuxularımızın şəhəridir... Şuşa hər mənada ucadadır... Şuşanın bizim olmağı artıq həm hərbi-strateji, həm mənəvi-ideoloji, həm mədəni baxımdan bütün Qarabağın, o cümlədən Xankəndinin bizim olmağıdır. İnşallah, bu məsələ də tezliklə həllini tapar və Xankəndində, eləcə də Xocalıda, Qarabağın digər məkanlarında da bayrağımız ucaldılar.  Buna mənim heç şübhəm yoxdur” – açıqlamasının ardında belə deyən partiya sədri düşmənlərimizin Şuşanı yenidən geri almaq xülyalarına da öz kəskin münasibətini bildirib.

 “Yeri gəlmişkən, bir fikrimi də saytınız vasitəsilə çatdırmaq istərdim.  Son günlər Türkiyə mediasında belə məlumatlar yayılır ki, guya türklər Suriyada Rusiyaya sərf etməyən məntəqələrə hücuma keçsə, ruslar da Qarabağda ermənilərlə bərabər hücum edib Şuşanı alacaqlar. Amma ruslar da, ermənilər də onu bilməlidirlər ki, biz ölərik, amma bayrağımız sancılan Şuşanı əldən vermərik. Üçrəngli bayrağımızın Şuşada bir daha yerə düşməsinə, yenilməsinə imkan vermərik... Yeri gəlsə, bütün Azərbaycan xalqı Qarabağa axışıb imperiya ilə mübarizə aparacağıq, qoy 20 Yanvardakı kimi tanklarıyla üstümüzə gəlsinlər, hamımızı qırsınlar, amma Şuşanı əldən vermək yoxdur. Rusiya bunu bilməlidir... 

Onu da bilirik ki, bu mübarizədə qardaş Türkiyə yenə də yanımızda olacaq. Ümumiyyətlə, Türkiyənin bizə dəstəyi məni çox sevindirir və ruhlandırır... Və aldığım məlumata görə, bu gün ermənilərin “Ararat” dediyi Ağrıdağının Ermənistana baxan tərəfində bütünlüklə Azərbaycanın üçrəngli bayrağının proyeksiyası əks olunacaq... Bu, Bayraq günümüzə ən möhtəşəm təbriklərdən biri olacaq”- deyə istiqlalçı deputat vurğulayıb.

 

“Biz ölərik, amma bayrağımız sancılan Şuşanı əldən vermərik” – Tahir Kərimli