Xətai rayon fəalları şəhidlərimizin abidə kompleksləri ətrafında təmizlik işləri apardılar - Fotolar

Xətai rayon fəalları şəhidlərimizin abidə kompleksləri ətrafında təmizlik işləri apardılar - Fotolar

Xətai rayon fəalları şəhidlərimizin abidə kompleksləri ətrafında təmizlik işləri apardılar - Fotolar

"44 günlük Vətən müharibəsində tarixi Qələbəni şəhidlərimizin canı, qanı, qazilərimizin qəhrəmanlığı, şücaəti sayəsində qazandıq. Dünyaya səs salan  Zəfəri bizə yaşadaraq, şəhidlik zirvəsinə ucalan Vətən oğullarının ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyirik.

Artıq Zəfərimizin birinci ildönümü ərəfəsindəyik. Arxada qalan bir ildə  Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə abidə kompleksi, bulaq inşa edilir və açılış mərasimləri keçirilir. Şəhidlərimizin xatirəsinin yaşadılması, onların tanıdılması hər birimizin borcudur. İnşa edilən bu abidə kompleksləri  də işğal altında onlan ərazilərimizi özümüzə qaytaran, bu torpaqları Vətən edənlərin ruhlarına  göstərilən dərin hörmət və ehtiramın bir nümunəsidir".

Polemika.az xəbər verir ki, tarix yazan şəhidlərimizin təqdimatında fəal iştirakları ilə diqqət çəkən YAP Xətai rayon təşkilatı Aparatının əməkdaşları, fəalları mütəmadi olaraq rayon ərazisindəki şəhidlərimizin abidə kompekslərinin ətrafını təmizləyir, yaşıllaşdırma işləri həyata keçirir, gül kolları əkir, Vətən yolunda həyatlarını qurban verənlərin xatirələrini ehtiramla yad edirlər. 

Oktyabarın 22-də YAP Xətai rayon təşkilatı fəallarının rayon ərazisində yerləşən şəhidlərin xatirə komplekslərinin ətrafında apardıqları təmizlik işləri də bu aksiyanın təkib hissəsidir. 

YAP Xətai rayon təşkilatının fəalları bu addımlarını özlərinə mənəvi borc hesab etdiklərini bildiriblər. Qeyd ediblər ki, Vətən, torpaq uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğulları ölməzdir, daim xalqımızın qəlbində yaşayacaqlar. 

 

 

Xətai rayon fəalları şəhidlərimizin abidə kompleksləri ətrafında təmizlik işləri apardılar - Fotolar