"BakuBus"ın rəhbəri işdən çıxarıldı

"BakuBus"ın rəhbəri işdən çıxarıldı

"BakuBus"ın rəhbəri işdən çıxarıldı

Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus Bakı Bus MMC-nin direktoru Tural Mahmudov vəzifəsindən azad edilib.

Polemika.az Report-a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Elnur Qarayevə həvalə olunub.

T.Mahmudov nəqliyyat müəssisəsinin rəhbərliyinə bu ilin əvvəlində gətirilmişdi.

“Bakı Bus” Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə, 12 fevral 2021-ci il tarixli sərəncamı ilə isə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Onun nizamnamə kapitalı 30 milyon manatdır. Şirkət paytaxtda avtobuslarla beynəlxalq standartlara uyğun sərnişindaşıma xidməti göstərir. 

"BakuBus"ın rəhbəri işdən çıxarıldı