Prezidentin Brüssel səfəri: "Bu, Azərbaycanı KTMT-yə qatmaq istəyənlərə mesajdır”

Prezidentin Brüssel səfəri: "Bu, Azərbaycanı KTMT-yə qatmaq istəyənlərə mesajdır”

Prezidentin Brüssel səfəri: "Bu, Azərbaycanı KTMT-yə qatmaq istəyənlərə mesajdır”

Beynəlxalq münasibətlər sistemində Azərbaycan Prezidenti İlham Əliyevin çəkisi və yeri getdikcə artır. Ölkə başçısının instesiv olaraq nüfuzlu beynəlxalq tədbirlərdə çıxış etməsi də, bunun bariz nümunəsidir. Bu gün dövlət başçısı NATO-nun əsas siyasi qərar qəbul edən orqanı olan Şimali Atlantika Şurasında çıxış edəcək.

Xatırladaq ki, ötən il Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Volters görüşmüşdü. Bu səpkili mühüm və beynəlxalq görüşlərin, məhz Bakıda baş tutması ilə yanaşı, son dövrlər Azərbaycan-NATO əlaqələrin yüksək dinamika ilə inkişafı da onu göstərir ki, Alyans üçün Azərbaycan əvəzedilməz və olduqca mühüm dövlətdir.

Postmüharibə dövründə Prezident Əliyevin tez-tez nüfuzlu beynəlxalq platformalarda görünməsi Azərbaycana hansı üstünlüklər vəd edir?

Azərbaycan-NATO əlaqələrinin bundan sonrakı perspektivi necə olacaq?

Polemika.az-la fikirlərini bölüşən “Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzi”nin sədri Natiq Miri bildirib ki, NATO hələ də dünyada alternativsiz hərbi güc mərkəzidir və onun təsir imkanları, əhatə dairəsi təkcə Avroatlantik məkanla məhdudlaşmır:

“Bu baxımdan, Azərbaycan Prezidentinin NATO tədbirində iştirak etməsi beynəlxalq aləmdə çox əhəmiyyətlidir. Bu, məsələnin birinci tərəfidir. 

Məsələnin ikinci tərəfi isə budur: NATO bütün zamanlarda Azərbaycanın ərazi bütövlüyünü müdafiə edib. Bu prinsipial yanaşma çox əhəmiyyətlidir. 

Azərbaycan müəyyən mənada NATO ilə əməkdaşlıqda maraqlıdır və artıq xeyli zamandır ki, ordusunu NATO standartları çərçivəsində inkişaf etdirir. Bu baxımdan NATO ilə əməkdaşlıq Azərbaycanın maraqlarına uyğun olduğu kimi, həm də reallığı özündə əks etdirir.

Nəhayət, Prezidentin səfəri və gözlənilən çıxışı bir mesajdır ki, Azərbaycan konkret bir güc mərkəzi ilə bağlı olan dövlət deyil. Azərbaycan müxtəlif dünya gücləri, hərbi blokları, siyasi strukturları ilə normal ikitərəfli əməkdaşlıqda maraqlıdır. Dolayısıyla, bu həm də Azərbaycanı KTMT-yə qatmaq istəyən güc mərkəzinə də verilən bir mesajdır”.

“Prezidentin Şimali Atlantika Şurasında iştirakı Azərbaycan dövlətinin nüfuzunun artmasının göstəricisidir. Hər ölkəyə bu səviyyədə yanaşılmır. 44 günlük müharibəsində qalib olduğu üçün ölkəmiz artıq güclü hərbi dövlət kimi tanınır”, - deyə mütəxəssis fikirlərini tamamlayıb.

Rafi MÜSLÜMOV 

Prezidentin Brüssel səfəri: "Bu, Azərbaycanı KTMT-yə qatmaq istəyənlərə mesajdır”