Putin Ermənistan-Azərbaycan sərhədində baş verənlərdən danışdı

Putin Ermənistan-Azərbaycan sərhədində baş verənlərdən danışdı

Putin Ermənistan-Azərbaycan sərhədində baş verənlərdən danışdı

Rusiya prezidenti Vladimir Putin Ermənistan-Azərbaycan sərhədində son baş verən atışmalardan danışıb.

Polemika.az Rusiya mediasına istinadən xəbər verir ki, Putin bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin kollegiya iclasında çıxışı zamanı deyib.

“Azərbaycan-Ermənistan sərhədindəki hadisələr regionda vəziyyətin sakitləşmədiyini göstərir”, - deyə o, qeyd edib.

Rusiya prezidenti vurğulayıb ki, sabitliyi təmin etmək, atəşkəs rejiminin və dinc sakinlərin təhlükəsizliyinin zəmanətçisi kimi Rusiya sülhməramlı kontingentinin səylərinə tələbat var.

Putin Baş nazirlərin müavinləri səviyyəsində yaradılan komissiyanın fəaliyyətindən söz açıb: “Bu komissiya işləyir. Fikrimcə, bu komissiyanın işinin perspektivləri pis deyil. Həqiqətən, Rusiya daxil olmaqla regionun bütün ölkələri, bu problemlərin uzunmüddətli həllində maraqlıdırlar”.

Putin Ermənistan-Azərbaycan sərhədində baş verənlərdən danışdı