Prezident məşhur idmançıya ev bağışladı
Prezident məşhur idmançıya ev bağışladı
MMA döyüşçüsü Nəriman Abbasova mənzil hədiyyə olunub.
Polemika.az xəbər verir ki, idmançı bu barədə "İnstagram” hesabında paylaşım edib:
"Mənə mənzil verən Prezidentimiz İlham Əliyevə və idman naziri Fərid Qayıbova təşəkkür edirəm. Bundan sonra da çalışacağam. Ölkəmi və bayrağımı daim yaxşı təmsil etməyə davam edəcəm".