Avropa çempionatının təqvimi açıqlandı - Futzal

Avropa çempionatının təqvimi açıqlandı - Futzal

Avropa çempionatının təqvimi açıqlandı - Futzal

Azərbaycan futzal millisinin Avropa çempionatının final mərhələsindəki qrup oyunlarının təqvimi açıqlanıb.

Polemika.az-ın məlumatına görə Joze Alesionun kollektivi ilk matçını 2022-ci il yanvarın 22-də Gürcüstan yığmasına qarşı keçirəcək.

Milli yanvarın 26-sı İspaniya ilə, 29-u isə Bosniya və Herseqovina ilə üz-üzə gələcək. 

Avropa çempionatı, final mərhələsi

D qrupu

22 yanvar

Gürcüstan – Azərbaycan

İspaniya – Bosniya və Herseqovina

26 yanvar

İspaniya – Azərbaycan

Bosniya və Herseqovina – Gürcüstan

29 yanvar

Azərbaycan - Bosniya və Herseqovina

Gürcüstan - İspaniya

Qeyd edək ki, Azərbaycan yığması ilk 2 matçını Qroningen, sonuncu matçını isə Amsterdam şəhərində keçirəcək.

Avropa çempionatının təqvimi açıqlandı - Futzal