"Qarabağ" bir gündə iki rəqiblə qarşılaşacaq

"Qarabağ" bir gündə iki rəqiblə qarşılaşacaq

"Qarabağ" bir gündə iki rəqiblə qarşılaşacaq

Bu gün "Qarabağ" Antalyadakı təlim-məşq toplanışları çərçivəsində iki matçda qüvvəsəni sınayacaq.

Polemika.az xəbər verir ki, komanda ilk olaraq "Baçka Topola" (Serbiya) ilə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.

"Köhlən atlar" günün ikinci yarısında "Slyonsk"u (Polşa) sınağa çəkəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. 

"Baçka Topola" Serbiyanın əsas çempionatında 26 xalla 10-cu, "Slyonsk" isə Polşa liqasında 24 xalla 10-cudur. 

Qeyd edək ki, "Qarabağ" ilk matçında Rumıniyanın "Qaz Metan" komandası ilə qolsuz heç-heçə edib. 

"Qarabağ" bir gündə iki rəqiblə qarşılaşacaq