Futbolçu qəzada öldü

Futbolçu qəzada öldü

Futbolçu qəzada öldü

“Konyaspor”un futbolçusu Ahmet Çalık dünyasını dəyişib. 

Polemika.az xəbər verir ki, bu barədə “NTV Spor” məlumat yayıb. 27 yaşlı Çalık avtomobil qəzası nəticəsində vəfat edib. 

A.Çalık Türkiyə millisinin sabiq üzvüdür. Müdafiəçi 2015-2017-ci illərdə yığmada 8 matç keçirib. O, ötən ildən “Konyaspor”da çıxış edirdi. 2017-2020-ci illərdə "Qalatasaray"ın şərəfini qorumuş müdafiəçi 2017/2018 və 2018/2019 mövsümündə Türkiyə Superliqasının qalibi olub.

Futbolçu qəzada öldü