Suares 8 oyundur qola ac qalıb

Suares 8 oyundur qola ac qalıb

Suares 8 oyundur qola ac qalıb

"Atletiko"nun futbolçusu Luis Suaresin uğursuz seriyası davam edir.

Polemika.az xəbər verir ki, uruqvaylı hücumçu artıq ardıcıl 8 oyundur ki, qol vura bilmir.

Ötən gün La Liqanın 22-ci turunda "Valensiya"ya 3:2 hesabı ilə qalib gəldikləri görüşdə 90 dəqiqə meydanda olan 34 yaşlı forvard bu dəfə də meydanı qolsuz tərk edib. O, sonuncu dəfə ötən ilin noyabrında "Valensiya" ilə matçda (3:3) qol vurmuşdu. 

Suaresin 2014-cü ildən oynadığı La Liqada cəmi bir dəfə belə uğursuz mövsüm keçirib. Bu, "Liverpul"dan "Barselona"ya keçən vaxt - 2014-cü ildə olub.

Qeyd edək ki, Luis Suares bu mövsüm La Liqada 20 oyuna 7 qol vurub.

 

Suares 8 oyundur qola ac qalıb