"Bazel"in 2 futbolçusu "Qarabağ"la oyunu buraxacaq

"Bazel"in 2 futbolçusu "Qarabağ"la oyunu buraxacaq

"Bazel"in 2 futbolçusu "Qarabağ"la oyunu buraxacaq

"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi "Bazel" Ağdam təmsilçisi ilə son oyuna iki itki ilə çıxacaq.

Polemika.az xəbər verir ki, bu barədə "Sportskeeda" nəşri məlumat yayıb. Komanda zədəli futbolçuları Andrea Padula və Sebastyano Espositonun xidmətindən yararlana bilməyəcək.

Qeyd edək ki, dekabrın 9-da keçiriləcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.

"Bazel"in 2 futbolçusu "Qarabağ"la oyunu buraxacaq