Millimizin rəqibləri müəyyənləşdi

Millimizin rəqibləri müəyyənləşdi

Millimizin rəqibləri müəyyənləşdi

UEFA Millətlər Liqasında 2022/2023 mövsümünün püşkü atılıb.

Polemika.az xəbər verir ki, İsveçrənin Montrö şəhərində onlayn formatda keçirilən püşkatmada Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.

C Liqasında yer alan Canni De Byazinin baş məşqçi olduğu kollektiv Slovakiya, Belarus, Qazaxıstan - Moldova cütünün qalibi ilə birlikdə III qrupda mübarizə aparacaq.

C Liqası

3-cü qrup

Slovakiya

Belarus

Azərbaycan

Qazaxıstan - Moldova cütünün qalibi

Qeyd edək ki, Mİllətlər Liqasında yeni mövsümə 2022-ci il iyunun 2-də start veriləcək.

Millimizin rəqibləri müəyyənləşdi