Poroşenko ifadə verməkdən imtina etdi

Poroşenko ifadə verməkdən imtina etdi

Poroşenko ifadə verməkdən imtina etdi

Ukraynanın keçmiş prezidenti Petro Poroşenko ifadə verməkdən imtina edib.

Polemika.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, sabiq prezident müstəntiqə ifadə vermədən Dövlət İstintaq Bürosunu tərk edib.

Poroşenko protokolu da imzalamayıb. Sabiq prezidentin Dövlət İstintaq Bürosuna növbəti çağırış tarixi açıqlanmayıb.

Xatırladaq ki, dövlətə xəyanətdə ittiham olunan Poroşenko Donbasda separatçıların nəzarəti altında olan bölgədən daş kömür alınması ilə bağlı açılan cinayət işi çərçivəsində istintaqa cəlb olunub.

Poroşenko ifadə verməkdən imtina etdi