Almaniya XİN-dən Ərdoğana cavab: "Məsləhətləşmə aparırıq"

Almaniya XİN-dən Ərdoğana cavab: "Məsləhətləşmə aparırıq"

Almaniya XİN-dən Ərdoğana cavab: "Məsləhətləşmə aparırıq"

Almaniya XİN Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 10 ölkənin səfirlərini "persona non-qrata" elan edən bəyanatına münasibət bildirib.

Polemika.az “Zeit” nəşrinə istinadən xəbər verir ki, nazirliyinin bəyanatında deyilir:

“Biz Türkiyə prezidenti Ərdoğanın bəyanatlarını nəzərə almışıq".

Xarici İşlər Nazirliyi belə bir tədbirdən təsirlənəcək daha 9 ölkə ilə məsləhətləşmələr aparacaqlarını qeyd edib.

Bundan əvvəl Ərdoğan Türkiyə Xarici İşlər Nazirliyinə ABŞ da daxil olmaqla, 10 dövlətin səfirlərini "persona non-qrata" elan etməyi tapşırıb.

Bu qərara səbəb diplomatların türkiyəli hüquq müdafiəçisi Osman Kavalanı azad etməyə çağırması olub. 

Almaniya XİN-dən Ərdoğana cavab: "Məsləhətləşmə aparırıq"