Vyetnam da Azərbaycanın COVID pasportlarını tanıdı

Vyetnam da Azərbaycanın COVID pasportlarını tanıdı

Vyetnam da Azərbaycanın COVID pasportlarını tanıdı

Vyetnam 72 ölkənin, o cümlədən Azərbaycanın peyvənd pasportlarını tanıyıb.

Polemika.az xəbər verir ki, bunu mətbuat konfransında çıxışı zamanı Vyetnam Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Le Txi Txu Hanq bildirib.

O bildirib ki, hökumətin COVID-19 pandemiyasına çevik və təhlükəsiz uyğunlaşma və ona nəzarət haqqında 1 oktyabr tarixli qərarına əsasən, Vyetnam 72 ölkənin, o cümlədən Azərbaycanın peyvənd sertifikatlarını tanıyıb.

Qeyd edək ki, bu siyahıya həmçinin Qazaxıstan, Rusiya, Türkiyə, Türkmənistan və s. ölkələr daxildir.

Vyetnam da Azərbaycanın COVID pasportlarını tanıdı