ABŞ kəşfiyyatı rus qoşunları haqda topladığı məlumatı Ukraynaya çatdıracaq

ABŞ kəşfiyyatı rus qoşunları haqda topladığı məlumatı Ukraynaya çatdıracaq

ABŞ kəşfiyyatı rus qoşunları haqda topladığı məlumatı Ukraynaya çatdıracaq

ABŞ Müdafiə Nazirliyi Ukraynanı aktual kəşfiyyat məlumatları ilə təmin etmək planı üzərində işləyir.

Polemika.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Məlumata görə, sözügedən planın üzərində işləməkdə məqsəd Ukraynanın Rusiyanın potensial hərəkətlərinə daha operativ reaksiya verə bilməsi üçündür.

“Kəşfiyyat məlumatlarına rus qoşunlarının sərhədi keçmək üçün hərəkət edib-etmədiyini nümayiş etdirən görüntülər daxil olacaq. Bu cür məlumatlar vaxtında paylaşıldıqda Ukrayna hərbçilərinə hücumun qarşısını almağa imkan verə bilər”, - deyə məlumatda qeyd olunub. 

Adının gizli qalmasını istəyən mənbənin verdiyi məlumata görə isə, ABŞ-ın kəşfiyyat xidmətləri, artıq böyük həcmdə məlumatı Kiyev üçün əlçatan edib. 

 

ABŞ kəşfiyyatı rus qoşunları haqda topladığı məlumatı Ukraynaya çatdıracaq