Bayden və Putin gələn il görüşəcəklər

Bayden və Putin gələn il görüşəcəklər

Bayden və Putin gələn il görüşəcəklər

Rusiya prezidenti Vladimir Putin gələn ilin əvvəlində amerikalı vəzifədaşı Co Baydenlə görüşə bilər.

Polemika.az xəbər verir ki, bu barədə “Kommersant” öz mənbələrə istinadla yazıb.

Qəzet dəqiqləşdirib ki, bu ilin sonuna qədər dövlət başçılarının videokonfrans formatında söhbəti ehtimalı var.

"Təfərrüatlar hələ tam razılaşdırılmayıb və buna görə də nə Kreml, nə də Ağ Ev detalları açıqlamağa tələsir", - deyə nəşr yazıb.

Ehtimallara görə, Putin və Bayden bu ilin iyun ayında Cenevrədə keçirilən sammitdə əldə edilən razılaşmaların icrasını müzakirə etməyi planlaşdırır.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Moskva və Vaşinqton iki lider arasında görüşə ehtiyac olduğunu başa düşürlər, lakin hələlik dəqiq şərtlər yoxdur. Öz növbəsində, Ağ Ev də Rusiya və ABŞ prezidentləri arasında ilin sonuna qədər danışığın mümkünlüyü barədə məlumata malik olmadığını bildirib.

Vladimir Putin və Co Bayden arasında ilk görüş iyunun 16-da Cenevrədə baş tutub. Birgə bəyanatda liderlər vurğuladılar ki, tərəflər strateji sabitliyə dair hərtərəfli ikitərəfli dialoqa başlamaq niyyətindədirlər, bu dialoq məzmunlu və enerjilidir. Rusiya və ABŞ kibertəhlükəsizlik, məhbus mübadiləsi və silahlara nəzarətlə bağlı məsləhətləşmələrə başlamaq niyyətində olduqlarını bildiriblər.

Bayden və Putin gələn il görüşəcəklər