Ölənlərdən ikisi şirkət direktoru və müavinidir

Ölənlərdən ikisi şirkət direktoru və müavinidir

Ölənlərdən ikisi şirkət direktoru və müavinidir

Xəbər verdiyimiz kimi, noyabrın 3-də Rusiyanın İrkutsk vilayəti yaxınlığında göyərtəsində 9 nəfər olan “An-12” təyyarəsi qəzaya uğrayıb. 

Polemika.az Rusiya mediasına istinadən xəbər verir ki, təyyarənin qəzaya uğraması nəticəsində “Zapolyar” aviasiya nəqliyyat şirkətinin baş direktoru Yuri Volodin və birinci müavini Oleq Vişnev də ölüb.

Bu barədə İrkutsk vilayətinin qubernatoru İqor Kobzev açıqlama verib.

Məlumata görə, 7 nəfərin meyiti aşkar edilib.

Bildirilib ki, təyyarə Yakutskdan İrkutska uçurmuş.

Ölənlərdən ikisi şirkət direktoru və müavinidir