Cənubi Afrika prezidenti virusa yoluxdu

Cənubi Afrika prezidenti virusa yoluxdu

Cənubi Afrika prezidenti virusa yoluxdu

Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramaposa koronavirus testindən keçib və nəticə müsbət olub.

Polemika.az xəbər verir ki, bu barədə prezident aparatının rəsmi “Twitter” səhifəsində məlumat yayıb.

Ramaposa hazırda Keyptaunda özünütəcrid rejimindədir.

O, səlahiyyətlərini gələn həftə üçün ölkənin vitse-prezidenti David Mabuseyə təhvil verib.

Cənubi Afrika prezidenti dekabrın 8-də Qərbi Afrika səfərindən qayıdıb. Onun və nümayəndə heyəti üzvlərinin səfərlər zamanı keçdikləri koronavirus testlərinin hamısı mənfi olub.

Cənubi Afrika prezidenti virusa yoluxdu