Peyvənd olunmaqdan imtinaya görə 27 nəfər ordudan qovuldu

Peyvənd olunmaqdan imtinaya görə 27 nəfər ordudan qovuldu

Peyvənd olunmaqdan imtinaya görə 27 nəfər ordudan qovuldu

ABŞ Hərbi Hava Qüvvələri COVID-19-a qarşı peyvənd olunmaqdan imtina edən 27 hərbi qulluqçu ilə müqaviləni pozub.

Polemika.az "Associated Press"ə istinadla xəbər verir ki, bu barədə HHQ-nin sözçüsü Ann Stefanek məlumat yayıb.

Onun sözlərinə görə, ordudan qovulmaya səbəb müdafiə naziri Lloyd Ostinin avqustun 27-də Silahlı Qüvvələrin bütün şəxsi heyətinin məcburi peyvənd olunması ilə bağlı əmrinə əməl edilməməsidir.

Agentlik Stefanekdən sitat gətirib: "Bu 27 nəfərdən heç biri tibbi səbəblərə və ya dini inanclara görə peyvənddən azad olunmağı xahiş etməyib. Bu, onların ilk hərbi müqaviləsi və hamısı aşağı səviyyəli hərbçilər olublar".

"Washington Post"un məlumatına görə, 1,3 milyon əsgər və zabitdən təxminən 40 min nəfər müxtəlif səbəblərə görə peyvənd olunmaqdan imtina edir.

Pentaqonun məlumatına görə, nizami qoşunların 96,4%-nə peyvəndin ən azı bir dozası vurulub. 

Peyvənd olunmaqdan imtinaya görə 27 nəfər ordudan qovuldu