Səfir: "Yaxın vaxtlarda Ukraynanın özü "Bayraktar" istehsal edəcək"

Səfir: "Yaxın vaxtlarda Ukraynanın özü "Bayraktar" istehsal edəcək"

Səfir: "Yaxın vaxtlarda Ukraynanın özü "Bayraktar" istehsal edəcək"

"Türkiyənin "Bayraktar" PUA-larının tam istehsal dövrü yaxın vaxtlarda Ukraynada istifadəyə veriləcək. Bu, illərin yox, ayların məsələsidir".

Polemika.az xəbər verir ki, bunu Ukraynanın Türkiyə Respublikasındakı səfiri Vasili Bodnar “Azadlıq Radiosu"nun Ukrayna Xidmətinə müsahibəsində bildirib.

“Əslində bu, yəqin ki, illərlə deyil, aylarla bağlı məsələdir. Texniki-təmir mərkəzinin tikintisi üzrə əsas işlərin başlanması üçün müvafiq torpaq sahəsinin ayrılması istiqamətində artıq işlər aparılır. Bundan əlavə, paralel olaraq Ukraynada istehsal müəssisələrinin yaradılması və "Bayraktar" istehsalının işə salınması istiqamətində işlər aparılır”, - deyə Bodnar vurğulayıb.

Onun sözlərinə görə, aparılan işlərin tempi kifayət qədər yüksəkdir:

“Məndə olan məlumatlara görə söhbət həm Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını ödəmək, həm də üçüncü ölkələrin bazarlarını təmin etmək üçün istifadə edilə bilən PUA-ların sıfırdan tam miqyaslı istehsalından gedir. Üstəlik, bəzi xarici həmkarlara bu texnologiyanı mənimsəməyi öyrətmək və birgə müdafiə sahəsini formalaşdırmaqdan”.

Vasili Bodnar, həmçinin "Akıncı" PUA-sı istehsalı üçün yaradılan birgə müəssisəni xatırladıb:

“Bundan əlavə, bilirsiniz ki, əslində, yeni tipli PUA-ların istehsalı üzrə birgə müəssisə yaratmışıq - "Akıncı". Onun üçün Ukrayna tərəfi mühərriklər və bəzi digər ehtiyat hissələri tədarük edir. Yəni burada proseslər bir-birini tamamlayır və münasibətlərimizi həm strateji maraqlarımız, həm də qarşılıqlı texnoloji uyğunluq əsasında qururuq. Bu, konkret nəticələri və miqyası olan belə yüksək texnologiyalı drayverlərdən biridir”.

Səfir: "Yaxın vaxtlarda Ukraynanın özü "Bayraktar" istehsal edəcək"