Nərimanov rayonunda şəhidin anım günü keçirildi - Fotolar

Nərimanov rayonunda şəhidin anım günü keçirildi - Fotolar

Nərimanov rayonunda şəhidin anım günü keçirildi - Fotolar

Nərimanov rayonunda Vətən müharibəsinin şəhidi Sənan Şahin oğlu Abdullayevin doğum günü qeyd edilib.

Polemika.az xəbər verir ki, bu gün şəhid Sənan Abdullayevin doğum günü ilə bağlı ilk öncə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, İH-nin kollektivi, şəhid Sənan Abdullayevin ailə üzvləri, rayonun digər şəhid ailələri II Fəxri Xiyabana gəlmiş, onun məzarını ziyarət edərək əklil qoymuş, xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra digər şəhid olmuş igid Vətən oğullarının da unudulmaz xatirələri yad edilərək məzarlarına güllər qoyulub. Çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək, Sənan Abdullayevin valideynlərinə Vətənimiz üçün ləyaqətli övlad böyütdüklərinə görə təşəkkür edərək, Allahdan onlara səbir diləyib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan Abdin Fərzəliyev dövlət və xalq birliyinin yaratdığı dəmir yumruğun düşmənin başını əzdiyini və qorxulu kabusuna çevrildiyini söyləyib. Qeyd edilib ki, Vətən müharibəsində canından keçən bütün şəhidlərimiz kimi, Sənan Abdullayevin də göstərdiyi qəhrəmanlıq, şücaət dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə qəhrəman şəhidimiz "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Sonra şəhid Sənan Abdullayevin doğum günü ilə əlaqədar onun təhsil aldığı E.İsaqzadə adına 37 nömrəli tam orta məktəbdə anım tədbiri keçirilmiş, onun adını daşıyan sinif otağının açılışı olub. Tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb, Şəhid Sənan Abdullayev adına sinif otağında şəhidin həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş etdirilib, müəllim və sinif yoldaşlarının onunla bağlı xatirələri dinlənilib. Tədbirdə çıxış edənlər öz qanı ilə şanlı tariximizə adını yazan, xalqımıza zəfər sevinci yaşadan Sənan kimi oğulların ömür yolunun gənclərə nümunə olduğunu, gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıblar. Sonra şagirdlər arasında Sənan Abdullayevin xatirəsinə həsr edilmiş şahmat turniri keçirilib. 30 nəfər şagirdin qatıldığı şahmat turnirinin qalıblərinə şəhid Sənan Abdullayevin atası Şahin Abdullayev tərəfiindən mükafatlar təqdim edilib. Turnirin sonunda şəhidin atası Şahin Abdullayevə turnirin “Xatirə diplomu” və Dövlət Bayrağı təqdim olunub. 

Şəhidin atası Şahin Abdullayev çıxış edərək övladı ilə qürur duyduğunu bildirib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.

Nərimanov rayonunda şəhidin anım günü keçirildi - Fotolar