Azərbaycanla Ermənistan arasında ərazi mübadiləsi olacaq? - “Bu məntiqdən uzaq fikirdir, çünki...” - MÜSAHİB

Azərbaycanla Ermənistan arasında ərazi mübadiləsi olacaq?

Azərbaycanla Ermənistan arasında ərazi mübadiləsi olacaq? - “Bu məntiqdən uzaq fikirdir, çünki...” - MÜSAHİB

Azərbaycanın sabiq Xarici İşlər naziri Tofiq Zülfqarov Polemika.az-a müsahibə verib.

- Tofiq müəllim, Ermənistan və Azərbaycan sülh sazişi imzalanması xəbərlərinin intensivləşməsi fonunda müxtəlif təkliflər meydana çıxır. Hazırda siyasi çevrələrdə müzakirə olunan məsələlərədn biri də iki ölkə arasında ərazi mübadiləsinin aparılmasıdır. Bəzi analitiklər, bir sıra ərazilərin Ermənistana verilməsi müqabilində Mehrinin alınmasını təklif edirlər. İki ölkə arasında ərazi mübadiləsi baş tuta bilərmi?

-  Mən belə fikirləşirəm ki, bu məntiqdən uzaq bir fikirdir. Çünki Azərbaycan hazırda güclü tərəfdir və onun tam dominantlığı hər bir məsələdə təmin olunub. Onun müttəfiqləri var və güclüdür. Biz nəyə görə nəyisə dəyişməliyik?

- Ərazi mübadiləsi məsələlərindən biri də Başkənddir. Bu məsələdə nə kimi dəyişikliklər ola bilər?

- Məsələn, Başkəndin verilməsi haqqında deyə bilərəm ki, onun ətrafındakı 7 kənddə 100 min adam yaşayır. Bu baxımdan oranın verilməsi bəlkə də, mümkündür. Amma onu da deyim ki, az da olsa Başkənddə insanlar yaşayırlar. Onları yerindən tərpətmək problemdir. Bu Emrənistan üçün də problem olacaq, çünki onlar uzaq məsafəni keçmək üçün bizim əraziyə daxil olmalıdırlar. Bəlkə də, bu ağlabatandır, çünki delimitasiya və demarkasiya prosesi gedirsə, orada bəzən, qismən də olsa hansısa mübadilələr ola bilər.

- 2001-ci ildə Key-Uest danışıqlarında Pol Qoblun təkliflərindən biri də Qarabağın Ermənistana verilməsi, əvəzində isə Mehrinin Azərbaycana qaytarılması məsələsi idi. Hansı ki, Azərbaycan bununla razılaşmadı. İndiki halda danışıqlar masasında bu məsələnin yenidən baş verməsi istisna edilirmi?

- Mən Key-Uest danışıqları zamanı yox idim, danışıqlardan uzaq idim o zamanlar. O vaxtları biz o qədər güclü deyildik, zəif idik. Bu baxımdan bu və ya digər fikirlər və ya konsepsiyalar ola bilərdi, amma müharibədən sonra, artıq biz işğal olunmuş ərazilərin əksəriyyətini qaytardıq geri. Yenə deyirəm, əsas mövqe baxımından indi biz güclü tərəfik və məhz ona görə, bu cür balansdan uzaq təkliflərə, hesab edirəm ki, baxılmamalıdır.

Əslinə qalsa, Naxçıvanla əlaqələrimiz – dəmiryolu, avtomobil yolu bərpa olunsa, fikrimcə biz bütün istəklərə nail olacağıq.

Azərbaycanla Ermənistan arasında ərazi mübadiləsi olacaq? - “Bu məntiqdən uzaq fikirdir, çünki...” - MÜSAHİB