14 yaşlı qıza nişan qoyuldu, toyu da olacaq... - İddia ilə bağlı DİN-dən açıqlama

14 yaşlı qıza nişan qoyuldu, toyu da olacaq... - İddia ilə bağlı

14 yaşlı qıza nişan qoyuldu, toyu da olacaq... - İddia ilə bağlı DİN-dən açıqlama

Azərbaycanda 2021-ci ilin iyul ayında 14 yaşında qıza nişan mərasimi keçirilib.

Polemika.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Məlumata görə, hadisə Salyan rayonu Şorsulu kəndində baş verib.

V.İsmayılov adına Şorsulu kənd məktəbinin 8-ci sinif şagirdinə ailəsi tərəfindən nişan mərasimi keçirilib və o təhsildən uzaqlaşdırılıb.

Qeyd edilib ki, 14 yaşlı qızın gələn ilin ilk aylarında toyu nəzərdə tutulub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, iddialar nəzarətə götürülüb:

“Salyan Rayon Polis Şöbəsi tərəfindən bütün müvafiq tədbirlər icra olunur, müvafiq dövlət qurumları məlumatlandırılıb. Valideynlər şöbəyə dəvət olunaraq qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Qanunvericiliyə uyğun olaraq azyaşlının təhsilini davam etdirməsi təmin olunub, dərs davamiyyətinə mütəmadi nəzarət olunacaq”.

14 yaşlı qıza nişan qoyuldu, toyu da olacaq... - İddia ilə bağlı DİN-dən açıqlama