"Assanjın intihar edəcəyindən qorxuruq" - Ailə üzvü

"Assanjın intihar edəcəyindən qorxuruq" - Ailə üzvü

"Assanjın intihar edəcəyindən qorxuruq" - Ailə üzvü

“Culianın intihar edəcəyindən qorxuruq”.

Polemika.az “Independent”ə istinadla xəbər verir ki, bu barədə "WikiLeaks"in qurucusu Culian Assanjın qardaşı Qabriel Şipton deyib.

Assanjın qardaşı və film prodüseri olan Qabriel Şipton qardaşının hüquqi mübarizəsi ilə bağlı açıqlamalar verərkən onun intiharından qorxduqlarını bildirib:

“Keçən il Culianın qaldığı Belmarşda 3 intihar hadisəsi baş verib. Culianın da intihar edəcəyi qorxusu ilə yaşayırıq. Məsələn, ötən aylarda kompüter proqramçısı və iş adamı Con Makafinin İspaniyadan ABŞ-a ekstradisiyasına icazə verildi. Bu qərardan sonra Makafi intihar etdi. Bu, həmişə ağlımızdadır. Daim qorxu içindəyik”.

"Assanjın intihar edəcəyindən qorxuruq" - Ailə üzvü