"Taliban" alman şirkəti ilə müştərək nəşə zavodu quracaq

"Taliban" alman şirkəti ilə müştərək nəşə zavodu quracaq

"Taliban" alman şirkəti ilə müştərək nəşə zavodu quracaq

"Taliban" hökuməti Avstraliya şirkəti ilə çətənə (kannabis) emalı zavodu qurmaq barədə razılaşma xəbərini təkzib edib.

Polemika.az "Ofoq News"a istinadla xəbər verir ki, "Taliban"ın Daxili İşlər Nazirliyi müştərək müəssisənin Avstraliya deyil, Almaniya şirkəti ilə razılaşdığını açıqlayıb.

"Emal zavodu dərman hazırlama məqsədləri üçün qurulacaq", - deyə DİN sözçüsü Səid Xosti öz Tvitter hesabında qeyd edib.

Xostinin sözlərinə görə, Daxili İşlər Nazirliyinin narkotiklərlə mübarizə idarəsi Almaniyanın "Sifarm" şirkəti ilə narkotik bitki emalı zavodunun yaradılması barədə razılığa gəlib.

Müqaviləyə əsasən, "Sifarm" Əfqanıstana 400 milyon dollardan çox sərmayə qoyacaq.

Noyabrın 24-də "Taliban" təmsilçisi Avstraliyanın "CPharm" şirkəti ilə Əfqanıstanda narkotik maddələrdən krem ​​hazırlanacağını bildirib.

Son açıqmadan sonra "Sifarm", öz növbəsində, "Taliban"la hər hansı bir razılaşmanı mövcudluğunu rədd edərək, istehsal şirkəti olmadığını, yalnız məsləhət verdiyini bildirib.

"Taliban" alman şirkəti ilə müştərək nəşə zavodu quracaq