“Paşinyan sülhdə maraqlıdır, Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıya bilərlər” - Şərh

“Paşinyan sülhdə maraqlıdır, Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıya bilərlər” - Şərh

“Paşinyan sülhdə maraqlıdır, Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıya bilərlər” - Şərh

“Görünür, Paşinyan sülhdə maraqlıdır. Bunu deyirsə, demək, müqavilənin imzalanmasının əsas şərti olan Azərbaycanın ərazi bütövlüyünü də rəsmən tanıya bilər”.

Polemika.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının perspektivini dəyərləndirib:

“Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin bağlanmasına hazır olduqlarını dedi. Rusiyanın izolyasiya olunması və Ukraynadakı hərbi uğursuzluğu Paşinyanı Azərbaycanla sülh danışıqlarına başlamağa vadar edir. Halbuki Prezident İlham Əliyev 44 günlük müharibədən dərhal sonra Ermənistan rəhbərliyini sülh müqaviləsi imzalamağa çağırmışdı. Azərbaycanın regionun aparıcı ölkəsi və bölgədə sülhün tərəfdarı olduğunu göstərir.

Əvvəla, Paşinyan sülh üçün 10 noyabr və sonrakı danışıqlarda əldə olunmuş razılaşmaların bəndlərini yerinə yetirməlidir. Hesab edirəm ki, bu, sülh müqaviləsinin imzalanması yönündə ciddi addım olacaq. Əlbəttə, Ermənistan “sülh” deyə bilər, amma hansı təkliflər əsasında bunu istəyir? Ermənistan bunun üçün Azərbaycanın konusturuktiv təklif və tələblərini qəbul etməlidir. Azərbaycanın da təklif və tələbləri beynəlxalq hüquqa söykənir. Ermənistana qarşı heç bir ərazi iddiamız yoxdur.

Görünür, Paşinyan sülhdə maraqlıdır. Bunu deyirsə, demək, müqavilənin imzalanmasının əsas şərti olan Azərbaycanın ərazi bütövlüyünü də rəsmən tanıya bilər”.

“Paşinyan sülhdə maraqlıdır, Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıya bilərlər” - Şərh