"Rusiyanın Soçi görüşündən gözləntisi..." - Andrey Rudenko

"Rusiyanın Soçi görüşündən gözləntisi..." - Andrey Rudenko

"Rusiyanın Soçi görüşündən gözləntisi..." - Andrey Rudenko

"Rusiya tərəfi gözləyir ki, Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin Soçi görüşündə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün perspektivli istiqamətləri müəyyən etmək mümkün olacaq".

Polemika.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

“Bizim gözləntilərimiz, bu iki ölkədə, Rusiyada, Cənubi Qafqaz regionunda yaşayan bütün insanlar kimi, regionda çoxdan gözlənilən sülh və sabitliyin tezliklə bərqərar olmasıdır”, - deyə o əlavə edib.

“Görüş bütövlükdə 9 noyabr 2020-ci il tarixli üçtərəfli atəşkəs sazişinin imzalanmasından sonra ötən ilin müəyyən nəticələrinə yekun vurmaq, sülh prosesinin irəliləməsi üçün nələrin edildiyini və bundan sonra nələrin edilə biləcəyini görmək məqsədi daşıyır. Bütövlükdə, ölkələr arasında normallaşma prosesini necə irəlilətmək olar. Ümid edirik ki, bu görüşdə sazişi imzalayan üç ölkənin liderləri bu perspektivli istiqamətləri açıqlayacaqlar”, - deyə Rudenko  vurğulayıb.

Diplomat əlavə edib ki, Dağlıq Qarabağ regionunda nizamlanma prosesində hələ də hamıya məlum olan problemlər var.

"Bunlar həm də nəqliyyat kommunikasiyalarının blokadadan çıxarımasına, həm də Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına aiddir. Burada təəssüf ki, zaman-zaman müəyyən silahlı insidentlərin şahidi oluruq, hətta insanlar ölür", - nazir müavini izah edib.

"Rusiyanın Soçi görüşündən gözləntisi..." - Andrey Rudenko