Moskva hesab edir ki, Paşinyan üçtərəfli sazişə razılaşacaq

Moskva hesab edir ki, Paşinyan üçtərəfli sazişə razılaşacaq

Moskva hesab edir ki, Paşinyan üçtərəfli sazişə razılaşacaq

ATƏT Minsk Qrupu həmsədrlərinin timsalında Ermənistan və Azərbaycanın mövqelərinin yaxınlaşması işində səylərini əsirgəmir. Bu barədə cümə günü Moskvada ATƏT-in fəaliyyətdə olan sədri və İsveçin xarici işlər naziri Ann Linde Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovla birgə mətbuat konfransında bildirib.

"Eyni zamanda, bu günlərdə atəşkəsin əldə olunmasında, eləcə də bir il öncə sülh sazişinin bağlanmasında Rusiyanın rolunu yüksək qiymətləndirmək istəyirəm", - o  deyib.

Linde qeyd edib ki, son günlər iki dəfə Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə danışıb. "Biz bu münaqişənin həlli üçün bütün mümkün vasitələrdən istifadə etməyə çalışırıq və bu məsələdə Rusiya ilə sıx işləyirik", - o qeyd edib.

Öz növbəsində Sergey Lavrov Rusiya, Azərbaycan və Ermənistan liderlərinin öncə anons edilmiş görüşünün niyə baş tutmaması barədə suala cavab olaraq belə görüş üçün konsensusun lazım olduğunu təsdiqləyib. "Görüşün keçirilməsi üçün görüşə hazırlaşan bütün şəxslərin buna razılıq verməsi lazımdır. Mən əminəm ki, belə görüş keçiriləcək", - Lavrov deyib, ancaq 9 noyabr görüşünə kimin razı olmadığını dəqiqləşdirməyib.

Qeyd edək ki, bundan öncə Ermənistanın baş naziri Nikol Paşinyan işarə edib ki, üçtərəfli görüş olmayacaq, çünki imzalanmaya təqdim olunan sənədlər - Azərbaycanla sülh müqaviləsi,  Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası haqqında saziş – Ermənistanı qane etmir.

Məhz bu bəyanatdan sonra Ermənistan-Azərbaycan sərhədində vəziyyət gərginləşib və Ermənistan üçün növbəti insan və ərazi itkilərilə nəticələnib.

Moskva hesab edir ki, Paşinyan üçtərəfli sazişə razılaşacaq