Balakəndə qaydaları pozan piyadalar cərimələndi

Balakəndə qaydaları pozan piyadalar cərimələndi

Balakəndə qaydaları pozan piyadalar cərimələndi

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə təhlükəsizliyin təmin edilməsi, piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət tədbirləri keçiriblər.

Polemika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, piyadalar üçün nəzərdə tutulan yerlərdən keçməyərək, özləri ilə bərabər digər hərəkət iştirakçılarına da təhlükə yaradan şəxslər saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb. Həyat və sağlamlıqlarının qorunması üçün qaydalara riayət etmələrinin vacibliyi onların diqqətinə çatdırılıb. Edilən xəbərdarlıqlara məhəl qoymayan şəxslər barəsində isə qanunamüvafiq tədbirlər görülüb.

Balakəndə qaydaları pozan piyadalar cərimələndi